Qelebə.az / Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru UEFA Konfrans Liqasına təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru UEFA Konfrans Liqasına təyinat alıb

9-07-2025, 12:02

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA Konfrans Liqası matçına təyinat alıb.

"Report" AFFA-nın Mətbuat xidmətinə istinadən xəbər verir ki, o, turnirin I təsnifat mərhələsində baş tutacaq “Dila” (Gürcüstan) - “Rasinq Union” (Lüksemburq) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma iyulun 17-də Qori şəhərində yerləşən Tengiz Burcanadze adına stadionda baş tutacaq.

Geri qayıt