Formula 1 komandalarından “Red Bull”da ayrılıq baş verib.
QELEBE.AZ xəbər verir ki, komandanın rəhbəri Kristian Horner vəzifəsindən ayrılıb.
Bu barədə Avstriya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Horner 2005-ci ildən etibarən “Red Bull” komandasına rəhbərlik edirdi.