Qelebə.az / "Sabah"ın qapıçısı: "Sele" güclü rəqibdir"

"Sabah"ın qapıçısı: "Sele" güclü rəqibdir"

8-07-2025, 18:42

"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacı Sloveniyanın "Sele" komandası güclü rəqibdir.

"Report"un məlumatına görə, bunu "Sabah"ın qapıçısı Stas Pokatilov deyib.

Qazaxıstanlı qolkiper Bakıda Sloveniyanın "Sele" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

Yeni mövsümün başlaması münasibəti ilə hər kəsi təbrik edirəm. Şanslar bərabərdir. Rəqibimiz güclüdür. Amma hamımız bu qarşılaşmaya hazırıq"

Oyunçu "Sabah"ın əvvəlki məşqçilər heyətinə təşəkkür edib: "Onlarla birlikdə tarix yazdıq, Azərbaycan Kubokunun qalibi olduq. Yeni baş məşqçimizin də oyun üslubu, məndən istədikləri xoşuma gəlir. Matçı səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, iyulun 10-da "Bank Respublika Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

-

Geri qayıt