Qelebə.az / Azərbaycan klubunun iddialı olması litvalı mütəxəssisi cəlb edib

Azərbaycan klubunun iddialı olması litvalı mütəxəssisi cəlb edib

8-07-2025, 19:14

"Sabah" futbol komandasının iddialı olması baş məşqçi Valdas Dambrauskası cəlb edib.

"QELEBE.AZ"un məlumatına görə, bunu litvalı mütəxəssis mətbuat konfransında deyib.

O, Bakı təmsilçisinin təklifini qəbul etməsi ilə bağlı danışıb:

"Bəzən belə anlarda çox tez qərar verməlisən. "Sabah"ın çox iddialı olması qərarıma təsir etdi. 8 il ərzində uğurlar əldə ediblər. Həmişə yuxarı pillələr üçün mübarizə aparırlar. Klubun iddiası məni cəlb etdi"

Qeyd edək ki, "Sabah" Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Sele" klubu ilə üz-üzə gələcək. İlk görüş iyulun 10-da "Bank Respublika Arena"da baş tutacaq. Cavab görüşü iyulun 17-də keçiriləcək.

Geri qayıt