Qelebə.az / Yaponiya millisinin üzvü "Tottenhem"də - RƏSMİ

Yaponiya millisinin üzvü "Tottenhem"də - RƏSMİ

8-07-2025, 12:12

"Tottenhem" heyətini yeni futbolçu ilə gücləndirib.

QELEBE.AZ xəbər verir ki, komanda Yaponiyanın "Kavasaki" klubunda çıxış edən Kota Takaini transfer edib.

Bu barədə londonluların mətbuat xidməti məlumat yayıb.

20 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Yaponiya millisinin üzvü olan Takai "Kavasaki" klubunun yetirməsidir. O, bu komandanın heyətində meydana çıxdığı 81 rəsmi oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt