Qelebə.az / FİFA PSJ - "Real" oyununun hakimlərini açıqlayıb

FİFA PSJ - "Real" oyununun hakimlərini açıqlayıb

7-07-2025, 19:32

Klublararası Dünya Çempionatının yarımfinalında PSJ "Real"la oynayacaq.

Apasport.az xəbər verir ki, FİFA-nın rəsmi saytı oyunun hakim təyinatları ilə bağlı məlumat yayıb.

Finala vəsiqə uğrunda mübarizəni polşalı Şimon Marçiniakın komandası idarə edəcək.

Qarşılaşma iyulun 9-u saat 23:00-da start götürəcək.

Qeyd edək ki, klublararası dünya çempionatının ilk yarımfinalında "Fluminense" və "Çelsi" qarşılaşacaq.

Geri qayıt