Qelebə.az / Yaponiya millisi DÇ-2022-dən sonra baş məşqçi ilə müqaviləni yeniləyib

Yaponiya millisi DÇ-2022-dən sonra baş məşqçi ilə müqaviləni yeniləyib

28-12-2022, 16:59

Futbol üzrə Yaponiya millisinin baş məşqçisi Moriyasu Hadzimenin müqaviləsinin müddəti uzadılıb.

"QELEBE.AZ" Yaponiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssisin sözləşməsi 2026-cı ilədək nəzərdə tutulub.

Qeyd edək ki, Hadzime 2018-ci ildəki dünya çempionatından sonra yığmanın sükanı arxasına keçib. Komanda onun rəhbərliyi altında Qətərdəki mundialda 1/8 final mərhələsində Xorvatiyaya penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb.

Geri qayıt