Qelebə.az / Avropa çempionatı: Azərbaycanın basketbol üzrə U-16 millisi ikinci oyunda məğlub olub

Avropa çempionatı: Azərbaycanın basketbol üzrə U-16 millisi ikinci oyunda məğlub olub

6-07-2025, 23:42

Azərbaycanın oğlanlardan ibarət basketbol üzrə U-16 millisi Avropa çempionatının C divizionunda keçirdiyi ikinci oyunda məğlub olub.

"Report" xəbər verir ki, komanda Andorra seçməsi ilə qarşılaşıb.

Görüş rəqibin 52:42 hesablı qələbəsi ilə yekunlaşıb. U-16 B qrupunda növbəti matçını iyulun 9-da Lüksemburq yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, milli ilk oyunda San Marinonu 105:60 hesabı ilə məğlub etmişdi.

Geri qayıt