Qelebə.az / “Qalatasaray” “Roma”nın qolkiperi ilə maraqlanır

“Qalatasaray” “Roma”nın qolkiperi ilə maraqlanır

6-07-2025, 16:06

Fernando Musleranın gedişindən sonra yeni qapıçı axtarışında olan "Qalatasaray" istədiyi oyunçunu İtaliyada tapıb.

QELEBE.AZ xəbər verir ki, Türkiyə çempionu "Roma"nın qapısını qoruyan serbiyalı Mile Svilar ilə maraqlanır.

İddialara görə, "sarı-qırmızılılar" 25 yaşlı futbolçuya illik 6 milyon avro məbləğində maaş təklif edib.

Amma "Roma"nın da klubla 2027-ci ilə kimi müqaviləsi olan və 2024/25 mövsümündə A Seriyasının ən yaxşı qapıçısı seçilən Sviları heyətində saxlamaq niyyətində olduğu bildirilir.

Qeyd edək ki, Svilar 2022-ci ildən "qurdlar"ın şərəfini qoruyur.

Geri qayıt