Qelebə.az / Avropa çempionatı: Azərbaycanın basketbolçu qızlardan ibarət millisi ikinci oyunda uduzub

Avropa çempionatı: Azərbaycanın basketbolçu qızlardan ibarət millisi ikinci oyunda uduzub

5-07-2025, 23:59

Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-18 millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının B divizionunda keçirdiyi ikinci oyununda uduzub.

"Report" xəbər verir ki, millimiz Ukraynaya məğlub olub - 65:78.

Təmsilçimiz qrupda növbəti matçını sabah turnirin təşkilatçısı Litva yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda Bosniya və Herseqovina yığması üzərində 83:81 hesablı qələbə qazanıb.

Geri qayıt