Qelebə.az / Avropa çempionatı: Azərbaycanın basketbol üzrə U-16 millisi San Marinonu məğlub edib

Avropa çempionatı: Azərbaycanın basketbol üzrə U-16 millisi San Marinonu məğlub edib

5-07-2025, 20:30

Azərbaycanın oğlanlardan ibarət basketbol üzrə U-16 millisi Avropa çempionatının C divizionuna qələbə ilə başlayıb.

"Report" xəbər verir ki, təmsilçimiz Albaniyada təşkil olunan turnirin B qrupundakı ilk görüşündə San Marino yığmasını məğlub edib.

Matç millimizin 105:60 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan yığması qrupda növbəti oyununu sabah Andorra ya qarşı keçirəcək.

Geri qayıt