Qelebə.az / "Kəpəz" portuqaliyalı müdafiəçi ilə müqavilə imzalayıb

"Kəpəz" portuqaliyalı müdafiəçi ilə müqavilə imzalayıb

5-07-2025, 17:53

"Kəpəz" heyətinə daha bir futbolçu qatıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı Pedro Qomes bölgə klubuna transfer olunub.

Mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı oyunçunun son klubu vətənində "Boavişta" olub.

Geri qayıt