Qelebə.az / "Atletiko"nun futbolçusu İspaniyanın başqa klubuna keçib

"Atletiko"nun futbolçusu İspaniyanın başqa klubuna keçib

4-07-2025, 15:04

İspaniyanın "Betis" klubu "Atletiko"nun futbolçusu Rodriqo Rikelmeni transfer edib.

"Report" xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi ilə 5 mövsümlük müqavilə imzalanıb.

Qeyd edək ki, "Atletiko"nun yetirməsi olan R.Rikelme əsas komandada 75 oyun keçirib, 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt