Qelebə.az / Sabiq "Qalatasaray"lı klubsuz qalıb

Sabiq "Qalatasaray"lı klubsuz qalıb

3-07-2025, 21:22

Tanınmış futbolçu Radamel Falkao “Millonarios”dan ayrılıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə Kolumbiya klubunun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı futbolçu ilə başa çatan müqavilənin yenilənmədiyi bildirilib. Falkao 2024-cü ilin iyunundan bu klubda çıxış edirdi. O, “Millonarios”un heyətində ümumilikdə 29 oyunda 11 qol vurub.

Daha çox “Porto”, “Atletiko” və “Monako”dakı çıxışı ilə tanınan Kolumbiya millisinin sabiq üzvü 2019-2021-ci illərdə “Qalatasaray”da da forma geyinib.

Geri qayıt