"Fənərbaxça" yeni mövsüm öncəsi daha bir transferi tamamlamağa yaxındır.
QELEBE.AZ xəbər verir ki, 2015-ci ildə "Fənərbaxça"nın gənclər akademiyasında futbola başlayan Tarık Çetin yenidən "sarı-lacivertlilər"ə qayıdır.
İddialara görə, "Fənərbaxça" Tarık Çetini 3-cü qapıçı kimi nəzərdən keçirir.
Xatırladaq ki, Tarık ötən günlərdə 6 il forma geyindiyi "Çaykur Rizəspor"la vidalaşıb.