"Fənərbaxça Beko" finlandiyalı forvard Mikael Jantunenin transferini açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə "sarı-göylər"in mətbuat xidməti məlumat yayıb.
Klubundan verilən açıqlamada 25 yaşlı basketbolçu ilə 2 illik razılığın əldə edildiyi bildirilib.
O, ötən mövsüm THY Avropa Liqasında 38 matçda forma geyinib, 7,5 xal, 4,8 ribaund və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
