Bu gün “Sabah” yay toplanışı çərçivəsində ilk yoldaşlıq oyununa çıxacaq.
QELEBE.AZ xəbər verir ki, Valdas Damrauskasın rəhbərlik etdiyi kollektiv Macarıstanın “Pakş” klubu ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, “Sabah” Avstriyadakı ilk sınaq matçında Rumıniyanın “Rapid” klubu ilə heç-heçə edib – 2:2.
Yoxlama görüşü
19:00. “Sabah” - “Pakş”