Qelebə.az / İtaliya A Seriyasına yüksələn klubda yeni baş məşqçi

İtaliya A Seriyasına yüksələn klubda yeni baş məşqçi

2-07-2025, 22:20

İtaliyanın "Kremoneze" klubunun yeni baş məşqçisi müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, A seriyasına yüksələn komandanı Davide Nikola çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

52 yaşlı məşqçi ilə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Davide Nikolanın son iş yeri "Kalyari" olub. O, ötən ay bu komandadan ayrılıb.

Geri qayıt