Qelebə.az / "Neftçi" hazırlıqlara davam edir

"Neftçi" hazırlıqlara davam edir

2-07-2025, 19:14

“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir.

Apasport.az xəbər verir ki, komandanın üzvləri bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında növbəti məşqə çıxıblar.

Əvvəlcə “Neftçi” Futbol Mərkəzindəki fitnes zalında hazırlaşan “ağ-qaralar” daha sonra meydana çıxaraq toplu və taktiki çalışmaları yerinə yetiriblər.

Qeyd edək ki, toplanışın ilk mərhələsi iyulun 14-dək Bakıda, ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq. “Binkovski Hotel”də məskunlaşacaq “Neftçi” orada 4 yoxlama görüşü keçirəcək.

Geri qayıt