Qelebə.az / “Neftçi” "Araz-Naxçıvan"ın futbolçusunu transfer edib

“Neftçi” "Araz-Naxçıvan"ın futbolçusunu transfer edib

2-07-2025, 12:33

“Neftçi” "Araz-Naxçıvan"dan İqor Ribeyronu transfer edib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı müdafiəçi ilə müddəti 2 il olan anlaşma imzalanıb.

Qeyd edək ki, Naxçıvan klubu ilə razılaşmaya əsasən, İ.Ribeyro UEFA Konfrans Liqasının ilk mərhələsindəki oyunlarından sonra “Neftçi”yə qoşulacaq. 28 yaşlı futbolçu ilə müqavilə avqustun 1-də qüvvəyə minəcək.

Geri qayıt