Qelebə.az / RFİ Asiya Futbol Konfederasiyasına keçidlə bağlı səsverməni təxirə salıb

RFİ Asiya Futbol Konfederasiyasına keçidlə bağlı səsverməni təxirə salıb

27-12-2022, 15:26

Rusiya Futbol İttifaqı (RFİ) Asiya Futbol Konfederasiyasına (AFK) keçidlə bağlı İcraiyyə Komitəsinin səsverməsini növbəti dəfə təxirə salmaq qərarına gəlib.

“Report” xəbər verir ki, qurumun mətbuat xidməti toplantının dekabrın 31-dək baş tutacağını açıqlayıb.

RFİ-nin prezidenti Aleksandr Dyukov noyabrın 27-dəki açıqlamasında AFK-ya keçid məsələsinə dekabrın 23-də baxılacağını bildirsə də, İcraiyyə Komitəsinin iclası bu günə təxirə salınmışdı: “İcraiyyə Komitəsinin UEFA-dan AFK-ya keçmək barədə səsverməsi dekabrın 31-dək baş tutacaq”.

Qeyd edək ki, fevralın 28-də UEFA və FIFA Rusiyanın klub və yığma komandalarını beynəlxalq yarışlardan kənarlaşdırıb.

Geri qayıt