Qelebə.az / İngiltərə klubu Arrisabalaqanı transfer edib

İngiltərə klubu Arrisabalaqanı transfer edib

1-07-2025, 18:34

"Arsenal" klubu İngiltərənin digər təmsilçisi "Çelsi"nin qapıçısı Kepa Arrisabalaqanı transfer edib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə London klubu məlumat yayıb.

Müqavilənin müddəti açıqlanmasa da, "Transfermarkt"ın məlumatına görə, anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Arsenal" ispaniyalı qolkiper üçün qarşı tərəfə 5 milyon avro ödəyib.

Qeyd edək ki, K.Arrisabalaqa 2024/25 mövsümündə "Bornmut"da icarə əsasında çıxış edib. O, 35 oyunda 43 qol buraxıb.

Geri qayıt