Qelebə.az / “Vüqar Həşimov Memorial-2022”: Nodirbek Abdusattorovun qələbə posteri məşhur “Times” meydanında sərgilənib

“Vüqar Həşimov Memorial-2022”: Nodirbek Abdusattorovun qələbə posteri məşhur “Times” meydanında sərgilənib

27-12-2022, 12:07

Azərbaycan şahmat tarixində ilklərlə zəngin olan “Vüqar Həşimov Memorial” növbəti uğura imza atıb.

Turnirin mətbuat xidmətindən “QELEBE.AZ”a verilən məlumata görə, elit şahmatçıların iştirakı ilə təşkil olunan “Vüqar Həşimov Memorial-2022”nin qalibi özbəkistanlı Nodirbek Abdusattorovun qələbə posteri ABŞ-ın məşhur “Times” meydanında nümayiş olunub.

Nyu-York sakinləri posteri şəhərin ən prestijli monitorları vasitəsilə izləyiblər.

Qeyd edək ki, daha əvvəl “Vüqar Həşimov Memorial-2022”nin posteri də “Times” meydanında nümayiş edilib.

Geri qayıt