Qelebə.az / Futbol matçlarında hissələrarası fasilənin müddəti uzadıla bilər

Futbol matçlarında hissələrarası fasilənin müddəti uzadıla bilər

1-07-2025, 10:57

Futbol matçlarında hissələrarası fasilənin müddəti uzadıla bilər.

"QELEBE.AZ" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FIFPro) təklif irəli sürüb.

2026-cı ildə keçiriləcək dünya çempionatının oyunları zamanı ilk hissədən sonra fasilə müddətinin 15-dən 20 dəqiqəyə yüksəldilməsi təklif olunub.

Bundan əlavə, FIFPro havanın 28 dərəcədən yuxarı isti olacağı təqdirdə futbolçuların sağlamlığının qorunması məqsədilə matçların təxirə salınmasını tövsiyə edib.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək.

Geri qayıt