Qelebə.az / Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Belarusla növbəti oyuna çıxacaq

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Belarusla növbəti oyuna çıxacaq

1-07-2025, 09:01

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçiriəcək.

"QELEBE.AZ"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma səfərdə Belarusla üz-üzə gələcək.

Qarşılaşma Minskdə yerləşən “Traktor” stadionunda, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, Belarusda təlim-məşq toplanışında olan Azərbaycan millisi iyunun 28-də bu rəqibə 0:3 hesabı ilə uduzub.

Geri qayıt