Qelebə.az / Foden "Mançester Siti"nin heyətində 100-cü qolunu vurub

Foden "Mançester Siti"nin heyətində 100-cü qolunu vurub

1-07-2025, 07:58

“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden komandanın heyətində 100-cü qolunu vurub.

QELEBE.AZ xəbər verir ki, ingilis klublararası dünya çempionatının 1/8 finalında Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə qarşılaşmada (3:4) bunu bacarıb. 

25 yaşlı oyunçu 319 qarşılaşmada 100 qola çatıb.

Qeyd edək ki, Fil Foden 2017-ci ilin sonunda "Mançester Siti"nin əsas komandasında debüt etdi.

 

Geri qayıt