İngiltərə Premyer Liqasında çıxış edən "Asto Villa" daha bir futbolçu ilə yollarını ayırıb.
QELEBE.AZ xəbər verir ki, Marko Asensionun icarə müddəti bitib.
29 yaşlı yarımmüdafiəçi məxsus olduğu PSJ-yə qayıdıb.
Qeyd edək ki, ispaniyalı oyunçu "Aston Villa"nın heyətində çıxış etdiyi 21 rəsmi matçda 8 qol və 1 assistlə yadda qalıb.