Qelebə.az / Azərbaycan boksçusu Gürcüstanda gümüş medal qazanıb

Azərbaycan boksçusu Gürcüstanda gümüş medal qazanıb

30-06-2025, 09:43

Azərbaycan boksçusu Elbrus Adıgözəlov Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb.

Bu barədə "QELEBE.AZ"a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

60 kq-da çıxış edən boksçu ikinci yeri tutub.

Qeyd edək ki, turnirdə 10 ölkənin təmsilçiləri mübarizə aparıblar.

Geri qayıt