Qelebə.az / "Real Madrid"in baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub

"Real Madrid"in baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub

26-12-2022, 15:59

İspaniya "Real Madrid"inin baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub.

"Report" "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "kral klubu" hazırda 5 mütəxəssisi nəzərdən keçirir.

La Liqa təmsilçisi Karlo Ançelottinin mümkün istefasından sonra komandanın sükanı arxasına Raul Qonsale, Alvaro Arbeloa, Xabi Alonso, Tomas Tuxel və ya Yulian Nagelsmandan birini gətirməyi planlaşdırır.

Geri qayıt