Qelebə.az / “Kəpəz” kapitanı ilə vidalaşdı

“Kəpəz” kapitanı ilə vidalaşdı

28-06-2025, 14:28

“Kəpəz” futbolçusu Yeqor Xvalko ilə vidalaşıb.

Apasport.az xəbər verir ki, Gəncə təmsilçisi müqaviləsi başa çatan kapitanı ilə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti paylaşım edib.

O, son üç ildə "sarı-göylər"in şərəfini qoruyub. Xvalkonun Gəncədəki karyerası 2022-2023-cü illər mövsümündən başlayıb. 28 yaşlı oyunçu komandanın heyətində 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub. Yeqor son iki mövsümdə "Kəpəz"in kapitanlarından olub.

Geri qayıt