Qelebə.az / "Zirə"nin avrokubok matçlarının saatı bəlli oldu

"Zirə"nin avrokubok matçlarının saatı bəlli oldu

28-06-2025, 13:33

"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk”la (Xorvatiya) qarşılaşacaq.

Apasport.az xəbər verir ki, komandalar arasında keçiriləcək oyunların başlama saatı bəlli olub.

İlk matç iyulun 23-də saat 19:30-da 8-ci km stadionunda baş tutacaq.

Cavab görüşü isə iyulun 31-də Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Geri qayıt