Qarşıdakı mövsüm Misli Premyer Liqasında mübarizə aparacaq “İmişli” heyətinni gücləndirməkdə davam edir.
QELEBE.AZ xəbər verir ki, komanda 5 futbolçusu ilə müqaviləni yeniləyib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oyunçular Mehdi Tahirov və Vüsal Qənbərovla 2 illik, İdris İnqilablı, Andrey Sinenka və Həzrət İsayevlə isə 1 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, “İmişli” son mövsüm I Liqada 2-ci yeri tutub.