"Ağır çəkilərdəki idmançıları əldə saxlamaq da o qədər asan deyil. Çünki onlar ağrı-acıya aşağı çəkidəki idmançılar kimi dözümlü deyillər".
Bu fikirləri "Report"a müsahibəsində yunan-Roma güləşçisi Eldəniz Əzizli Azərbaycan güləşində ağır çəkidəki problemlərlə bağlı danışarkən deyib.
30 yaşlı idmançı bu çəkilərin həm sərbəstdə, həm də yunan-Roma güləşində daim problemli olduğunu bildirib: "Bunun səbəbləri çoxdur və nüanslar fərqlidir. Ən böyük səbəb isə genetika ilə bağlıdır. Biz ucaboy olmadığımız üçün ağır çəkidə az güləşçilər yetişir".
Eldəniz Əzizlinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.