Qelebə.az / Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

26-12-2022, 10:45

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb.

"QELEBE.AZ"un məlumatına görə, bu, XVIII turda üç böyükhesablı nəticənin qeydə alınması sayəsində mümkün olub.

“Neftçi” “Şamaxı” ilə ev, “Qarabağ” “Səbail”lə səfər oyununda 3 cavabsız qolla qalib gəlib. “Sumqayıt”ın qonağı olan “Sabah” isə 6:0 hesabı ilə qələbə qazanıb.

Bu, mövsümdə ikinci belə hadisədir. Yalnız XII turda belə nəticələr qeydə alınıb. “Kəpəz” “Səbail”i, “Neftçi” “Zirə”ni üç, “Qarabağ” “Şamaxı”nı 4 cavabsız qolla üstələyib.

Qeyd edək ki, cari mövsümdə ümumilikdə 16 qarşılaşmada üç və ya daha çox top fərqi qeydə alınıb.

Geri qayıt