Qelebə.az / “Fənərbaxça” Türkiyə çempionu oldu!

“Fənərbaxça” Türkiyə çempionu oldu!

25-06-2025, 23:42

Türkiyə Basketbol Liqasının final mərhələsinə yekun vurulub.

QELEBE.AZ xəbər verir ki, həlledici oyunda “Fənərbaxça Beko” doğma meydanda “Beşiktaş”la qarşılaşıb.

“Sarı-lacivərdlilər” rəqibini 84:68 hesabı ilə məğlub edərək seriyada ümumi hesabı 4:1-ə çatdırıblar və çempionluğunu rəsmiləşdiriblər.

Qeyd edək ki, “Fənər” ardıcıl ikinci mövsümdür ki, Türkiyə Basketbol Liqasının qalibi olur.

Geri qayıt