Qelebə.az / Mahir Emrelinin komandasının Almaniya Kubokundakı rəqibi bəlli olub

Mahir Emrelinin komandasının Almaniya Kubokundakı rəqibi bəlli olub

25-06-2025, 15:32

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" klubunun Almaniya Kubokunda rəqibi bəlli olub.

"QELEBE.AZ"un məlumatına görə, komanda turnirin I raundunda "RSV Aytraxt 1949" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma avqustun 17-də təşkil olunacaq.

Qeyd edək ki, Mahir Emreli ötən gün "Kayzerslautern" ilə 3 illik müqavilə bağlayıb.

Geri qayıt