Qelebə.az / Əfsanəvi tennisçinin heykəli ucaldılacaq

Əfsanəvi tennisçinin heykəli ucaldılacaq

24-06-2025, 15:34

"Uimbldon" rəsmiləri britaniyalı sabiq tennisçi Endi Marreyin heykəlini ucaltmağı planlaşdırır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, heykəl "All England Lawn Tennis and Croquet Club"un ərazisində olacaq.

Layihənin 2027-ci il "Uimbldon" turnirinin 150 illik yubileyindən əvvəl başa çatdırılması gözlənilir.

Qeyd edək ki, Endi Marrey 2013 və 2016-cı illərdə "Uilbldon" çempionu oldu.

Geri qayıt