Qelebə.az / “Seltik"in əfsanəsi 84 yaşında vəfat edib

“Seltik"in əfsanəsi 84 yaşında vəfat edib

23-06-2025, 17:59

Şotlandiyanın “Seltik" klubunun əfsanəsi Con Klark 84 yaşında vəfat edib.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sabiq müdafiəçinin yer aldığı “Seltik” 1967-ci ildə Avropa Çempionlar Kubokunu (indiki UEFA Çempionlar Liqası) qazanan ilk Britaniya təmsilçisi olub. Həmin vaxt komanda baş məşqçi Cok Steynin rəhbərliyi altında İtaliyanın “İnter” klubunu finalda 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Con Klark Şotlandiya təmsilçisinin heyətində 300-dən çox oyun keçirib, 15 titul qazanıb.

Geri qayıt