Qelebə.az / "Sabah" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Sabah" futbolçusu ilə müqavilənin müddətini uzadıb

23-06-2025, 12:33

“Sabah” klubu futbolçusu Rəhman Daşdəmirovla müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı müdafiəçi ilə yeni anlaşmanın müddəti 2 illikdir.

Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan R.Daşdəmirov 2023-cü ildən komandanın uğurları üçün çalışır.

Geri qayıt