Qelebə.az / "Qarabağ" klubu Duşan Tadiçlə maraqlanmalarına dair xəbərə münasibət bildirib

"Qarabağ" klubu Duşan Tadiçlə maraqlanmalarına dair xəbərə münasibət bildirib

23-06-2025, 11:47

"Qarabağ" Serbiya millisinin sabiq futbolçusu Duşan Tadiçlə maraqlanmalarına dair mətbuatda yayılmış xəbərlərə münasibət bildirib.

Bu barədə “Report”a Ağdam klubunun mətbuat katibi Anar Hacıyev açıqlama verib.

O, bu xəbəri təkzib edib:

"Bu, düzgün məlumat deyil. Həqiqəti əks etdirmir".

Qeyd edək ki, Türkiyənin "haberler.com" saytı Niderland mətbuatına istinadən "Qarabağ"ın Duşan Tadiçlə maraqlandığını yazıb.

Geri qayıt