Qelebə.az / Vircil van Deyk ən yaxşı mərkəz müdafiəçilərinin siyahısında birinci olub

Vircil van Deyk ən yaxşı mərkəz müdafiəçilərinin siyahısında birinci olub

22-06-2025, 09:25

Ən yaxşı mərkəz müdafiəçilərinin siyahısı müəyyənləşib.

"Report" xəbər verir ki, "FourFourTwo" portalının tərtib etdiyi siyahının ilk pilləsində İngiltərənin "Liverpul" komandasının müdafiəçisi Vircil van Deyk yer alıb.

Uilyam Saliba ("Arsenal", İngiltərə) ikinci, Alessandro Bastoni ("İnter", İtaliya) üçüncüdür.

İlk "onluğu"u isə Qabriel Maqalyans ("Arsenal"), İbrahima Konate (Liverpul), Antonio Rudiger ("Real", İspaniya), Markinios (PSJ, Fransa), Pau Kubarsi ("Barselona", İspaniya), Din Heysen ("Real") və Ruben Dias ("Mançester Siti", İngiltərə) qapayır.

Geri qayıt