Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, "Qəbələ" evdə "Turan Tovuz"u sınağa çəkib. Qəbələ şəhər stadionunda oynanılan ilin son matçında hesab açılmayıb.
Bu heç-heçədən sonra xallarını 25-ə çatdıran "qırmızı-qaralar" 5-ci pillədəki mövqeyini qoruyub. Tovuz təmsilçisi isə 17 xalla 6-cı sırada qərarlaşıb.
Günün son oyununda "Qarabağ" "ASCO Arena"da "Səbail"lə qarşılaşacaq.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" evdə "Şamaxı"nı 3:0, "Sabah" isə səfərdə "Sumqayıt"ı 6:0 hesabı ilə məğlub edib. Tura dekabrın 25-də keçiriləcək "Zirə" - "Kəpəz" görüşü ilə yekun vurulacaq.