Qelebə.az / "İnter"in yeni transfer hədəfi: Markus Reşford

"İnter"in yeni transfer hədəfi: Markus Reşford

21-06-2025, 14:51

"İnter" heyətini gücləndirmək niyyətindədir.

QELEBE.AZ xəbər verir ki, klub Markus Reşfordun xidmətində maraqlıdır.

"Neradzurri" onu icarəyə götürməyi planlaşdırır.

Hücumçunun müqavilə ilə məxsus olduğu "Mançester Yunayted" futbolçu üçün 40 milyon funt-sterlinq tələb edir. Lakin Milan təmsilçisi bu məbləği ödəmək niyyətində deyil.

Markusun özü isə yalnız Çempionlar Liqasında çıxış edən komandaya keçməyi planlaşdırır. Onun "qırmızı şeytanlar"la müqavilə müddəti 2028-ci ilə qədərdir.

Qeyd edək ki, Reşford ötən mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib.

Geri qayıt