Qelebə.az / Macarıstan millisinin üzvü karyerasını "Liverpul"da davam etdirəcək

Macarıstan millisinin üzvü karyerasını "Liverpul"da davam etdirəcək

20-06-2025, 17:47

Macarıstan yığmasının və İngiltərənin "Bornmut" klubunun futbolçusu Miloş Kerkez karyerasını "Liverpul"da davam etdirəcək.

"Report"un "The Athletic"ə istinadən məlumatına görə, Mersisayd klubu 21 yaşlı müdafiəçi üçün təxminən 40 milyon funt-sterlinq ödəyəcək.

Növbəti həftə tibbi müayinədən keçəcək futbolçu daha sonra 5 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, M.Kerkez 2024/2025 mövsümündə İngiltərə Premyer Liqasında meydana çıxdığı 38 oyunda 2 qola, 5 məhsuldar ötürməyə imza atıb.

Geri qayıt