Qelebə.az / Tanınmış müətəxəssis 31 ildən sonra sabiq komandasına qayıdıb

Tanınmış müətəxəssis 31 ildən sonra sabiq komandasına qayıdıb

23-12-2022, 23:55

Klaudio Ranyeri 31 ildən sonra yenidən İtaliyanın "Kalyari" komandasına baş məşqçi təyin olunub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis B Seriyasında çıxış edən kollektivlə 2025-ci ilin iyununadək müqavilə imzalayıb.

Təcrübəli baş məşqçi bu vəzifədə Fabio Liveranini əvəzləyib.

Qeyd edək ki, Klaudio Ranyeri daha əvvəl 1988 - 1991-ci illərdə "Kalyari"yə rəhbərlik edib.

Geri qayıt