Qelebə.az / Fabio Kannavaro Rusiya klubu ilə danışıqlara başlayıb

Fabio Kannavaro Rusiya klubu ilə danışıqlara başlayıb

19-06-2025, 16:02

İtaliya millisinin sabiq müdafiəçisi Fabio Kannavaro Rusiyanın ÇSKA klubu ilə danışıqlara başlayıb.

"QELEBE.AZ" insayder Nikolo Şiraya istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssisə 2027-ci ilə qədər müqavilə təklif olunub.

Moskva klubunun sabiq baş məşqçisi Marko Nikoliç Yunanıstan təmsilçisi AEK-ə keçib.

Qeyd edək ki, ÇSKA son mövsümdə Rusiya Premyer Liqasının bürünc medallarını qazanıb.

Geri qayıt