Qelebə.az / Dünya çempionu peşəkar futbolçu karyerasını başa vurub

Dünya çempionu peşəkar futbolçu karyerasını başa vurub

23-12-2022, 20:56

Fransa millisinin sabiq futbolçusu Blez Matyuidi peşəkar karyerasını başa vurub.

"Report"un məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Futbol, ​​səni sevdim. Mənə çox şey verdin. Keçdiyim yola baxanda gözümdən yaş süzülür. Bütün arzularımı yerinə yetirdim. Bu səhifəni çətinliklə, amma qürurla çevirirəm. Bu yolda məni müşayiət edən insanlara təşəkkür edirəm", - deyə futbolçu yazıb.

Qeyd edək ki, Fransa yığması ilə 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olan Blez Matyuidi son olaraq ABŞ-ın "İnter Mayami" klubunda çıxış edib.

Geri qayıt