Qelebə.az / "Fənərbaxça" "Real"la rəsmi danışıqlara başlayıb

"Fənərbaxça" "Real"la rəsmi danışıqlara başlayıb

19-06-2025, 13:03

Super Liqa təmsilçilərindən "Fənərbaxça" "Real Madrid"in futbolçusu Lukas Vazkes ilə maraqlanır. 

QELEBE.AZ xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb. 

Mənbənin sözlərinə görə, "sarı-lacivərdlilər" artıq Madrid klubu ilə rəsmi danışıqlara başlayıb. 

Qeyd edək ki, 2 iyul 2015 tarixindən "Real"ın şərəfini qoruyan ispan futbolçunun La Liqa nəhəngi ilə müqaviləsi iyunun 30-da başa çatacaq. 

Geri qayıt