"Azərbaycanda hər şey yüksək səviyyədədir".
QELEBE.AZ xəbər verir ki, bunu UFC-nin Bakıda keçiriləcək turniri üçün Azərbaycan gələn MMA döyüşçüsü Belal Muhammed deyib.
36 yaşlı döyüşçü ölkəmizə ilk dəfə gəldiyini bildirib:
"Hər şey yüksək səviyyədədir. Xüsusilə də yeməkləriniz. Azərbaycana təşəkkür edirəm. Bizi maraqlı yarış gözləyir. Bu, ölkəniz üçün böyük hadisədir".
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq.