Qelebə.az / Tennis millimiz Albaniya yığmasını məğlub edib

Tennis millimiz Albaniya yığmasını məğlub edib

18-06-2025, 20:38

Azərbaycan tennisçiləri Moldovada keçirilən “Billie Jean King Cup” turnirində növbəti görüşlərini keçiriblər.

QELEBE.AZ xəbər verir ki, yığma üzvləri Albaniya tennisçiləri ilə üz-üzə gəliblər.

İlk oyunda Lalə Eyvazova rəqibi Guli Anaterzanı 2:1 hesabı ilə məğlub edib. Növbəti qarşılaşmada isə Mişel Cahangirova Dule Kristaldan güclü olub: 2:0. Albaniyalılar qoşa mübarizədən imtina etdiklərinə görə, qərara əsasən, millimiz yekunda 3:0 hesablı qələbə qazanıb.

Geri qayıt